...

Ölümün belə onları ayırmayacağına inanan duet - Təranə Qumral və Musa Musayev (FOTO)

Mədəniyyət Materials 16 İyul 2011 14:33 (UTC +04:00)
İllərdən bəri möhkəm ailə həyatlarını davam etdirən müğənnilər Təranə Qumral və Musa Musayevi sarsılmaz duet ortaqları kimi əksər sənətçilərə nümunə göstərmək olar.
Ölümün belə onları ayırmayacağına inanan duet - Təranə Qumral və Musa Musayev (FOTO)

Azərbaycan, Bakı, 16 iyul /Trend, müxbir Ş.Cavadsoy/

İllərdən bəri möhkəm ailə həyatlarını davam etdirən müğənnilər Təranə Qumral və Musa Musayevi sarsılmaz duet ortaqları kimi əksər sənətçilərə nümunə göstərmək olar. Onlar sou-biznesin gündəmindən uzaq gəzsələr də, dəvət aldıqları məclislərin və xarici ölkələrə səfərlərinin çoxluğu deməyə əsas verir ki, yetərincə xalq sevgisi qazanıblar.

Trend-ə açıqlamasında cütlük yenidən əbədi olan sevgilərindən danışdı. Təranə Qumral Musa kimi həyat yoldaşı olduğu üçün özünə ən bəxtəvər qadın deməkdən belə çəkinmədi. "Musa həyatda güvənə biləcəyim yeganə kişidir. Hərdən zarafata salıb deyirəm ki, axı, sən də müğənnisən. Bəsdir, ailə-məişət qayğıları ilə bu qədər yaxından məşğul oldun. O isə mənə və 3 balamıza görə gördüyü işlərin azlığından şikayətlənir. Alah bir-birimizə olan qarşılıqlı sevgimizi nəzərdən saxlasın. Ondan 5 dəqiqə belə, ayrı yaşaya bilmirəm. Allaha acıq getməsin, fikirləşəndə ki, insanlar fani dünya ilə vidalaşdıqları an doğmalarından ayrı düşürlər, mənə elə gəlir ki, bizi ayırmaqda ölüm belə aciz olacaq. Həyat yoldaşına aşiq olan bəxtəvər də demək olar mənə", - Təranə xanım belə dedi.

Əvəzolunmaz duet ortaqları ilə təşkil olunan məclislərin birinə qatıldıqları zaman həmsöhbət olmuşduq. Masa arxasında xanımından bu cür xoş sözlər eşidən Musanın isə, deyəsən, çox danışmaqla arası yoxdur. "Nə deyim? Nə lazımdırsa Təranə özü dedi. Allah bütün ailələri xoşbəxt etsin, biz də onların içində. Mən də həyat yoldaşıma güvənir və onunla qürur duyuram", - Musayev dedi.

Sevgilərini nümayiş etdirən fotolarının çəkilməsinə qarşı çıxmayan Təranə-Musa dueti oxucularımıza onu da çatdırmağı istədilər ki, sentyabr ayından başlayaraq repertuarlarında xeyli yeniliklər və ardından solo-konsertlə pərəstişkarlarının qarşısında çıxış edəcəklər.

Xəbər lenti

Xəbər lenti