...

Türkiyənin pop-divası Ajda Pekkan hansı azərbaycanlı müğənninin səsinə vurğundur? (FOTO)

Mədəniyyət Materials 10 Avqust 2011 14:47 (UTC +04:00)
Türkiyənin "Star" televiziyasında xeyli müddətdir yayımlanann "Star Akademi" yarışmasında yeganə azərbaycanlı iştirakçı olan müğənni Elyanə Əhmədova rəqibləri arasında fərqlənməyi bacarır
Türkiyənin pop-divası Ajda Pekkan hansı azərbaycanlı müğənninin səsinə vurğundur? (FOTO)

Azərbaycan, Bakı, 10 avqust /Trend, müxbir Ş.Cavadsoy/

Türkiyənin "Star" televiziyasında xeyli müddətdir yayımlanann "Star Akademi" yarışmasında yeganə azərbaycanlı iştirakçı olan müğənni Elyanə Əhmədova rəqibləri arasında fərqlənməyi bacarır.

Trend-in məlumatına görə, münsiflər heyətində təmsil olunan Türkiyənin pop-divası Ajda Pekkan, müğənni Sertap Erener və jurnalist Ertuğrul Özkök Elyanənin istedadını daim yüksək qiymətləndirirlər. Ajda Pekkanın isə həmyerlimizə xüsusi simpatiyası var. "Elyanənin səsindəki şirinlik, boğazındakı xırdalıqlar məni ilk gündən valeh edir. Məncə, o, müsabiqə bitdikdən sonra yaradıcılığını Türkyədə davam etdirsə, adını dünyaca məşhur ulduzların sırasına yazdırmağa müvəffəq olar. Mən də ona kömək etməyə hazıram", - pop-diva deyib.

Bu həftə yarışmaya fəxri qonaqlardan biri kimi qatılan türkiyəli prodüser Kemal Cenk İçten Trend oxucuları üçün səhnə arxasında bir neçə foto çəkib. Qeyd etmək yerinə düşərdi ki, "Star Akademi"də Elyanənin təmsil olunmasında Cenk bəyin xidmətləri yetərincədir.

Xəbər lenti

Xəbər lenti