...

Depardye tualetin açılmasını gözləmədən təbii ehtiyacını Paris-Dublin təyyarəsində ödəyib

Mədəniyyət Materials 17 Avqust 2011 15:55 (UTC +04:00)
Depardye tualetin açılmasını gözləmədən təbii ehtiyacını Paris-Dublin təyyarəsində ödəyib
Depardye tualetin açılmasını gözləmədən təbii ehtiyacını Paris-Dublin təyyarəsində ödəyib

Azərbaycan, Bakı, 17 avqust /Trend/

Məşhur fransız aktyor Jerar Depardye çərşənbə axşamı Parisdən Dublinə uçarkən "CityJet" şirkətinə məxsus təyyarədə tualetin açılmasını gözləmədən təbii ehtiyacını salonda ödəyib. Trend-in məlumatına görə, xəbəri Frans Press agentliyi yayıb.

Baş verən hadisə barəsində ilk olaraq "Europe 1" radiostansiyası məlumat verib. Radiostansiya məlumatı Avro RJ-85 təyyarəsinin sərnişinindən alıb. Onun sözlərinə görə, təyyarə havaya qalxmağa hazırlaşarkən Depardye tualetə getmək istəyib, lakin stüardessa təhlükəsizliklə bağlı ondan təyyarə tam havaya qalxanadək 15 dəqiqə gözləməyi xahiş edib. Bu barədə RİA Novosti yazır.

"Onda o kreslodan qalxaraq təbii ehtiyacını salonda ödədi. Onun sərxoş olduğu aydın görünürdü. Stüardessa şokda idi", - sərnişin bildirib.

Onun sözlərinə görə, daha sonra aktyor yerində əyləşib, təyyarə isə geriyə qayıtmalı olub.

Frans Press agentliyinin məlumatına görə, "Air France" aviaşirkəti Depardye ilə bağlı insidenti təsdiqləyib. Lakin "Air France"-ın filialı olan "CityJet" şirkətindən sərnişinin adını açıqlamayıblar.

"CityJet"in təmsilçisi Karen Cillo RİA Novosti-yə insidentin AF501 reysini yerinə yetirən laynerdə baş verdiyini təsdiqləyib.

"Biz sərnişinin məhz kim olduğunu şərh etmirik. O, polisə təhvil verilib, polislə əlaqə saxlamaq lazımdır", - Cillo deyib.

Xəbər lenti

Xəbər lenti