...

Moskvada ürəyindən əməliyyat olunan Nadir Qafarzadə Bakıya qayıtdı

Mədəniyyət Materials 27 Avqust 2011 19:41 (UTC +04:00)
Moskvada ürəyindən əməliyyat olunan Nadir Qafarzadə bir neçə dəqiqə bundan əvvəl Bakıya qayıdıb və səhhətində heç bir problem yoxdur.
Moskvada ürəyindən əməliyyat olunan Nadir Qafarzadə Bakıya qayıtdı

Azərbaycan, Bakı, 24 avqust /Trend, müxbir Ş.Cavadsoy/

Moskvada ürəyindən əməliyyat olunan Azərbaycanın tanınmış estrada müğənnisi Nadir Qafarzadə bir neçə dəqiqə bundan əvvəl Bakıya qayıdıb və səhhətində heç bir problem yoxdur. Bu barədə Trend-ə müğənninin mətbuat katibi Kazım Bağırov məlumat verib.

Nadir Qafarzadə bazar ertəsi Moskvada ürək damarlarının genişlənməsinin qarşısını alınması üzrə əməliyyat olunmuşdu.

"Son aylarda Nadirdə güclü ürək ağrıları olurdu. Həkimlər ona baxdılar və təcili olaraq Moskvada əməliyyat olunmasını məsləhət gördülər. Əməliyyat uğurla başa çatdı", - bir müddət əvvəl Bağırov bildirmişdi.

Xəbər lenti

Xəbər lenti