...

Tanınmış DJ "İctimai" radionu tərk etdi (FOTO)

Mədəniyyət Materials 28 Sentyabr 2011 18:43 (UTC +04:00)
"İctimai" radionun simalarından biri, tanınmış DJ Kazım Bağırov öz istəyi ilə işindən ayrılıb.
Tanınmış DJ "İctimai" radionu tərk etdi (FOTO)

Azərbaycan, Bakı, 28 sentyabr /Trend, müxbir Ş.Cavadsoy/

"İctimai" radionun simalarından biri, tanınmış DJ Kazım Bağırov öz istəyi ilə işindən ayrılıb. Trend-ə danışan radioaparıcı bu addımı atmasına heç də peşman olmadığını söylədi.

"İşdən uzaqlaşmağımın elə ciddi səbəbləri yoxdur. Sadəcə ərizə yazdım. Rəhbərlikdən tutmuş sadə işçilərə kimi bu illər ərzində mənə göstərdikləri doğma münasibətlərinə görə təşəkkürümü bildirirəm. Zarafat gəlməsin, 5 il 6 ay eyni kollektivlə çalışmaq və ani olaraq iş yerini dəyişmək çox çətindir. Hesab etmirəm ki, qərarımla yalnış bir addım atmışam", - Kazım belə dedi.

Bundan sonra hansı Fm dalğasının efirindən dinləyicilərinə səslənəcəyini kiçik sirr kimi saxlayan Bağırov, canlı yayıma çıxacağı günün elə də uzaqda olmadığı vurğuladı. "Yeni bir maraqlı radio layihəsinin son tamamlanma işləri gedir. İnşallah, proqramım tam hazır olduqda təzə iş yerim və verilişim barədə ətraflı danışacağam", - radioaparıcı əlavə etdi.

Xəbər lenti

Xəbər lenti