Azərbaycan, Bakı, 2 oktyabr /Trend, müxbir A.Məmmədova/
"İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin və "Caspian Coast winery & vineyards" şirkətinin birgə təşkilatçılığı İçərişəhərdə "Caspian Coast üzüm yığımı festivalı" keçirilib.
Festivalın məqsədi üzümçülük ənənələrini bir daha canlandırmaq, üzümçülüyü təbliğ etmək və bu sahəyə diqqəti artırmaqdır.
Sağlamlıq, uzunömürlülük və rifah rəmzi olan üzümə həsr olunmuş festivalda maraqlı müsabiqələr keçirilmiş, müxtəlif üzüm sortları və bu meyvədən hazırlanan məhsullar nümayiş olunmuşdur. Ukraynadan gətirilmiş "canlı heykəllər" festivalda şən ab-hava yaratmışdır.
Festival çərçivəsində məşhur müğənnilərin iştirakı ilə qala-konsert keçirilib. Konsertin proqramına ötən illərdə Azərbaycanı "Eurovision" müsabiqəsində təmsil etmiş Aysel Teymurzadənin, Səfurə Əlizadənin, müxtəlif illərdə Litvanın, Rumıniyanın, Moldovanın "Eurovision" müsabiqələrində təmsilçiləri olmuş Saşa Sonun, Paula və Ovi duetinin, "Zdub şi Zdub" qrupunun, həmçinin də Məryəm Şabanovanın, Milk&Kisses qrupunun ifaları daxil edilmişdir.
İçərişəhərdə üzüm yığımı festivalı (fotosessiya)
“İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin və “Caspian Coast winery & vineyards” şirkətinin birgə təşkilatçılığı İçərişəhərdə “Caspian Coast üzüm yığımı festivalı" keçirilib.
