...

Model Günay Musayeva toyundan sonuncu dəfə danışdı

Mədəniyyət Materials 14 Oktyabr 2011 19:48 (UTC +04:00)
Günay Musayeva tanınmış türk aktyoru Tolqa Karellə rəsmi nigaha girsə də, heç cür arzu etdiyi toyunu çaldırmağa müvəffəq ola bilmir.
Model Günay Musayeva toyundan sonuncu dəfə danışdı

Azərbaycan, Bakı, 14 oktyabr /Trend, müxbir Ş.Cavadsoy/

Azərbaycanlı model, "Best Model of the World"un vitse-gözəli Günay Musayeva tanınmış türk aktyoru Tolqa Karellə rəsmi nigaha girsə də, heç cür arzu etdiyi toyunu çaldırmağa müvəffəq ola bilmir. Bir neçə vaxt bundan əvvəl oktyabrın 15-də Osmanlı adətlərini özündə əks etdirəcək toyunun olacağını bildirən Günay, növbəti dəfə tarix dəyişikliyi etmək məcburiyyətində qalıb.

"İstəmirəm ki, toy günümüzün təxirə düşməsi barədə tez-tez informasiyalar yayılsın. Hamı səbəb soruşur. Narahatlığa əsas yoxdur. Mən onsuz da Tolqa ilə xoşbəxt günlər yaşayıram. Hər ikimiz çətin iş qrafiki ilə çalışırıq. İnanın, sırf vaxt məhdudiyyətindən gün seçib toyumuzu təşkil edə bilmirik. Amma toy yaxın zamanlarda mütləq olacaq. Məlum məsələdir ki, çoxları həmin toyda baş verəcək sürprizləri görmək üçün tələsirlər. Amma hər şey bizim istəyimizlə olmur axı", - Günay Musayeva belə dedi.

Tolqa ilə birlikdə Antalyada 48-ci dəfə keçirilən "Altın Portağal" film festivalına təşrif buyurduğunu söyləyən Günay, bu axşam keçiriləcək təltifetmə mərasimində həyat yoldaşının seçilənlər arasında olacağına da ümid etdiyini söylədi.

Xəbər lenti

Xəbər lenti