Azərbaycan, Bakı, 14 dekabr /Trend/
Azərbaycanın "Sona bülbüllər"i susdu.
Azərbaycanın xalq artisti Qədir Rüstəmov bu gün səhər saatlarında vəfat edib. Bu barədə Trend-ə sənətkarın oğlu Rüstəm Rüstəmov məlumat verib.
Onun cənazəsinin Azərbaycana bu gün axşam gətiriləcəyi gözlənilir.
Qədir Rüstəmov 1935-ci ildə Ağdam rayonunda anadan olub, burada xanəndə kimi yetişib.
Əvvəlcə Azərbaycan Dövlət Musiqi Məktəbində ustad-xanəndə Hacıbaba Hüseynovdan muğam dərsləri alıb, sonradan Ağdamda təhsilini davam etdirib. Məlahətli səsi və özünəməxsus ifa tərzi ilə xalqın rəğbətini qazanan Qədir Rüstəmov xanəndə kimi məşhurlaşıb.
Qədir Rüstəmovun ifasında bir sıra muğam dəsgahları - "Rast", "Çahargah" lentə alınaraq radionun fondunda saxlanılır. İfa etdiyi "Sona bülbüllər" xalq mahnısı onun şah əsəri hesab edilir.
Allah rəhmət eləsin!