Azərbaycan, Bakı, 9 yanvar /Trend, müxbir İ.İsabalayeva/
Bakıda keçiriləcək "Eurovision 2012" mahnı müsabiqəsində Türkiyəni Can Bonomo təmsil edəcək. Trend-in bazar ertəsi Türkiyənin TRT kanalının rəsmi saytına istinadən verdiyi məlumata görə, Bonomo "Eurovision"a özü bəstələdiyi mahnı ilə gedəcək.
İzmirli Bonomo musiqi ilə 8 yaşından məşğul olmağa başlayıb. Bilgi Universitetində kino-televiziya bölümündə təhsil alan Bonomo bir neçə radioda işləyib. Daha sonra isə Number One TV ve MTV-də televiziya proqramları hazırlayıb.
2011-ci ilin yanvar ayında ilk albomu işıq üzü görüb. Albomdakı bütün mahnıları özü bəstələyib.
Bonomo 2011-ci ildə "Ən yaxşı çıxış edən sənətçi" və "Ən yaxşı çıxş edən solist" mükafatlarına layiq görülüb.