...

Moldova televiziyası Azərbaycanın "Eurovision" hazırlıqlarından reportaj yayımlayıb

Mədəniyyət Materials 2 Fevral 2012 17:35 (UTC +04:00)
Yanvarın 25-də Bakıda qonaq olan "Moldova-1" televiziyasının çəkiliş heyəti "Buta Palace"da keçirilən "Eurovision 2012"-nin Açar Təqdimetmə mərasimindən, eləcə də may ayındakı şouya hazırlıqlardan reportaj hazırlayıb.
Moldova televiziyası Azərbaycanın "Eurovision" hazırlıqlarından reportaj yayımlayıb

Azərbaycan, Bakı, 2 fevral /Trend/

Yanvarın 25-də Bakıda qonaq olan "Moldova-1" televiziyasının çəkiliş heyəti "Buta Palace"da keçirilən "Eurovision 2012"-nin Açar Təqdimetmə mərasimindən, eləcə də may ayındakı şouya hazırlıqlardan reportaj hazırlayıb.

Trend-in cümə axşamı "Eurovision 2012"-nin rəsmi saytına istinadən yaydığı məlumata görə, Bakının bu möhtəşəm müsabiqəyə hazırlıqlarına heyran olan moldovalı həmkarlarımız "Eurovision 2012"-nin uğurlu keçiriləcəyini deyir.

Reportajda Azərbaycan muğamından, xalq artisti Alim Qasımovun "Buta Palace"dakı ifasından, "Eurovision" ulduzları Ruslana və Safuranın çıxışlarından da bəhs edilir.

"Eurovision 2011"-nin qalibləri Eldar və Nigar bu müsabiqənin onların həyatlarını dəyişdirdiyini deyib. "Eurovision 2009"-un qalibi Aleksandr Rıbak və "Eurovision 2010"-nun birincisi Lena Mayer isə "Moldova-1" telekanalına müsahibələrində "Buta Palace"dakı təqdimetmə mərasiminin möhtəşəm hazırlandığını, Bakının bu yarışmaya layiqli ev sahibliyi edəcəyini bildiriblər.

Xəbər lenti

Xəbər lenti