...

Tanınmış Azərbaycan pianoçusu İstanbulda konsert proqramı ilə çıxış edib

Mədəniyyət Materials 13 Fevral 2012 18:29 (UTC +04:00)
Tanınmış Azərbaycan pianoçusu Yeganə Axundova İstanbul şəhərinin məşhur salonlarından olan Fulya Sənət Mərkəzində İstanbul Dövlət simfonik orkestri ilə birlikdə konsert proqramı ilə çıxış edib.
Tanınmış Azərbaycan pianoçusu İstanbulda konsert proqramı ilə çıxış edib

Azərbaycan, Bakı, 13 fevral /Trend/

Tanınmış Azərbaycan pianoçusu Yeganə Axundova İstanbul şəhərinin məşhur salonlarından olan Fulya Sənət Mərkəzində İstanbul Dövlət simfonik orkestri ilə birlikdə konsert proqramı ilə çıxış edib.

Trend-in məlumatına görə, orkestrə İtaliyadan dəvət olunmuş dirijor Jankarlo de Lorenso rəhbərlik edib. Konsertdə S.V.Raxmaninovun "Paqanini mövzusuna rapsodiya"sı və A.Dvorjakın 7 saylı simfoniyası ifa olunub.

Azərbaycanlı və türk dinləyicilər konserti böyük rəğbətlə qarşılayıblar.

Öz yaradıcılığında bu konserti uğurlu sayan Yeganə Axundova qeyd edib ki, Azərbaycan qadın ifaçılıq məktəbini növbəti dəfə xaricdə təmsil etməklə qürur hissi duyur.

Xəbər lenti

Xəbər lenti