...

Fransanı "Eurovision-2012"-də təmsil edəcək müğənninin etirafı

Mədəniyyət Materials 21 Fevral 2012 12:40 (UTC +04:00)
"Eurovision-2012" mahnı müsabiqəsində Fransanı təmsil edəcək müğənni Anqqun Bakıya qarşıdakı səfəri ilə bağlı həyəcanlıdır.
Fransanı "Eurovision-2012"-də təmsil edəcək müğənninin etirafı

Azərbaycan, Bakı, 21 fevral / Trend, müxbir A.Məmmədova/

"Eurovision-2012" mahnı müsabiqəsində Fransanı təmsil edəcək müğənni Anqqun Bakıya qarşıdakı səfəri ilə bağlı həyəcanlıdır.

"Mən Bakıya səfərimlə bağlı həyəcan keçirirəm. Çünki Azərbaycan bir çox - Avropa, Asiya və Orta Şərq mədəniyyətlərinin kəsişdiyi ölkədir", - müğənni Trend-ə müsahibəsində deyib.

Onun sözlərinə görə, o heç vaxt Bakıda olmayıb. "Bax, buna görə də mən həyəcanlanıram. Mən CNN-in Azərbaycanın sürətli inkişafı və regionun mühüm iqtisadi platformasına çevrilən ölkə olması haqqında reportajını izləmişəm. Həmin materiala baxaraq "Eurovision"un keçirilməsi üçün yeni kompleksin tikintisinin necə sürətlə getdiyindən təsirləndim. Bakıda çoxlu dostlar qazanacağıma ümid edirəm", - Anqqun deyib.

Onun sözlərinə görə, ötənilki müsabiqənin qalibləri El və Nikki sadəcə fantastik idilər. "Onların mahnıları asan yadda qalan idi və Azərbaycan duetinin çıxışı riqqət doğururdu. Onlar ayrı-ayrılıqda birinci yerə layiq idilər. Ümid edirəm ki, onlarla görüşə biləcəyəm", - müğənni deyib.

Onun sözlərinə görə, "Eurovision" bütün Avropadan olan çoxlu insanın görüşməsi üçün səbəbdir və maraqlı artistlərlə tanış olmaq, bir çox ölkələrin gözəl musiqisini dinləmək və ən başlıcası mahnı və musiqini Azərbaycan tamaşaçıları və bütün dünyanın 200 milyonluq televiziya tamaşaçısı ilə bölüşmək üçün əfsanəvi imkandır.

"Bu təcrübəni əldən buraxmaq olmaz. Bu, bütün Avropanı əhatə edən çoxlu musiqi istedadlarının musiqiyə olan sevgilərini dünyada milyonlarla insanla bölüşən gözəl müsabiqədir", - Anqqun qeyd edib.

Müğənninin sözlərinə görə, "Eurovision"da Fransanı təmsil etmək üçün seçilməsi onun üçün böyük sürpriz və şərəf oldu.

"Hesab etmirəm ki, onlar məni populyar olduğuma görə seçmədilər. Çox güman ki, mənim repertuarım, canlı çıxışım onların xoşuna gəldi. Bu birinci dərəcəli və başlıca səbəbdir. "Eurovision"da populyarlıq kömək etmir. Əsas mahiyyət kompozisiyadır", - Anqqun deyib.

Müğənni müsabiqədə Fransanın son bir neçə il ərzində təmsil edildiyindən fərqli nəsə nümayiş etdirməyə hazırlaşır. "Mən yeni, əyləncəli və təzə nəsə istəyirəm. Bu adamların əylənmək istədikləri "Eurovision"dır. Bizim gözəl rəqqaslarımız olacaq", - o deyib.

Xatırladaq ki, 2012-ci ildə 57-ci "Evrovision" mahnı müsabiqəsi Dövlət Bayrağı Meydanı yaxınlığında tikilən "Baku Crystal Hall"da keçiriləcək.

Xəbər lenti

Xəbər lenti