...

İsveçrənin "Eurovision 2012" təmsilçiləri Bakı ehtiraslarından danışdılar

Mədəniyyət Materials 29 Fevral 2012 16:16 (UTC +04:00)

Azərbaycan, Bakı, 29 fevral /Trend, müxbir V.İmanov/

Bakıda keçiriləcək "Eurovision 2012" mahnı müsabiqəsi həyatımızda ən yaxşı hadisələrdən biri olacaq. Müsabiqədə İsveçrəni təmsil edəcək "Sinplus" pop-rok duetinin iştirakçıları belə hesab edirlər.

"Müsabiqədə iştirak bizə çox şey verir: biz şoumuzu yaxşılaşdırmaq, Avropada qastrola çıxmaq imkanı əldə etdik, indi bizi müxtəlif ölkələrdə müxtəlif insanlar tanıyacaqlar. İlk növbədə, biz musiqimizi insanlara hədiyyə edə bilərik!" - Trend-ə müsahibəsində qrupun tərkibinə daxil olan Ayvan və Qabriel Brocini qardaşları deyib.

Qardaşlar bildiriblər ki, onların Bakıda olmuş bəzi dostları var. Dostlarının sözlərinə görə, Bakı xüsusi enerji ilə inkişaf edən şəhərdir.

Duet iştirakçılarının sözlərinə görə, onların "Eurovision" müsabiqəsində İsveçrəni təmsil etmək üçün seçilmələri çox gözlənilməz olub.

"Lakin biz ürəyimizin dərinliyində inanırdıq ki, mahnımız "Unbreakable" böyük potensiala malikdir. Bu, müsbət və universal çağırışdır, mahnı bizə deyir: "Siz etməli olduğunuzu edə bilərsiniz və özünüzün ən cəsur arzularınıza doğru gedin!" - Brocinilər qeyd edib.

Duet iştirakçılarının fikrincə, müsabiqədə iştirak üçün müğənni ölkədə populyarlığına görə deyil, əvvəlcə mahnısına görə seçilməlidir.

"Əgər mahnı yaxşı deyilsə, müğənninin populyarlığı haqqında kim düşünəcək?" - "Sinplus" iştirakçıları hesab edir.

"Eurovision"da iştiraklarına toxunan İsveçrə təmsilçiləri deyiblər ki, onların şousu canlı və enerjili olacaq.

"Biz rok-şou xarakterli şou göstərmək istəyirik! Ola bilsin ki, orada pirotexnik effektlər olsun, lakin bu, tam məxfidir! Mahnı nömrəsi üzərində iş aparılır", - Brocini qardaşları bildiriblər.

Duet ümid edir ki, onların "Eurovision"da iştirakı musiqi karyeraları üçün əla başlanğıc olacaq.

"Biz xeyli ehtiras və enerji bəxş edəcəyik. "Unbreakable" "Eurovision" üçün klassik mahnı deyil və bu, yaxşı dönüş nöqtəsi ola bilər", - "Sinplus" iştirakçıları vurğulayıblar.

Qardaşlar hesab edirlər ki, bu müsabiqə gənc İsveçrə qrupunun tanınması baxımından yeganə imkandır.

"Biz ölkəmizi fəxrlə təmsil edirik. Əgər bir az bəxtimiz gətirsə, biz İsveçrədə böyük uğurlara nail ola bilərik", - Brocini qardaşları deyiblər.

Xəbər lenti

Xəbər lenti