...

Yunanıstan "Eurovision" təmsilçisini martın 12-də seçəcək

Mədəniyyət Materials 6 Mart 2012 15:12 (UTC +04:00)
Yunanıstanı "Eurovision 2012" mahnı müsabiqəsində təmsil etməyə iddialı 4 müğənni və onların mahnılarının adları açıqlanıb.
Yunanıstan "Eurovision" təmsilçisini martın 12-də seçəcək

Azərbaycan, Bakı, 6 mart /Trend/

Yunanıstanı "Eurovision 2012" mahnı müsabiqəsində təmsil etməyə iddialı 4 müğənni və onların mahnılarının adları açıqlanıb.

Trend-in çərşənbə axşamı müsabiqənin rəsmi saytına istinadən yaydığı məlumata görə, martın 12-də "Ellinikos Telikos" adlanan milli finalda iştirakçılar bu ardıcıllıqla çıxış edəcəklər:

1. "Baby I'm Yours" mahnısı ilə Dora
2. "Killer Bee" mahnısı ilə Cassiopeia
3. "No Parking" mahnısı ilə "Velvet Fire" qrupu
4. "Aphrosdisiac" mahnısı ilə Eleftheria Eleftheriou

Mahnıların klipləri artıq ERT televiziyasının veb-saytında yerləşdirilib. Finalçıların klipini bu linkdə (http://www.ert.gr/eurovision/) izləmək mümkündür.

Qeyd edək ki, Yunanıstanı builki "Eurovision" şousunda təmsil edəcək mahnı həmin kliplər arasından seçiləcək. Səsvermə münsiflər heyəti və tamaşaçıların rəyi əsasında aparılacaq.

Yunanıstan təmsilçisi Bakıdakı "Eurovision" səhnəsində ilk çıxışını mayın 22-də keçirilən birinci yarımfinalda edəcək.

Xəbər lenti

Xəbər lenti