...

"Eurovision"un Azərbaycandakı rəsmi Fan Klubu videomüsabiqəyə start verib

Mədəniyyət Materials 19 Aprel 2012 13:47 (UTC +04:00)
"Eurovision"un Azərbaycandakı rəsmi Fan Klubu cümə axşamı "Light Your Success" adlı videomüsabiqəyə start verib.
"Eurovision"un Azərbaycandakı rəsmi Fan Klubu videomüsabiqəyə start verib

Azərbaycan, Bakı, 19 aprel /Trend, müxbir E.Mehdiyev/

"Eurovision"un Azərbaycandakı rəsmi Fan Klubu cümə axşamı "Light Your Success" adlı videomüsabiqəyə start verib.

Fan Klubdan Trend-ə bildiriblər ki, müsabiqənin keçirilməsinin əsas məqsədi gənclərin kreativliyini dəyərləndirmək və bacarıqlarını üzə çıxarmaqla yanaşı, Azərbaycanın ev sahibliyi etdiyi "Eurovision 2012" mahnı müsabiqəsinə marağın artırılması, gənclərin "Eurovision" ruhunu yaşaması və bu istiqamətdə təşəbbüskarlıqlarını artırmaqdır.

Müsabiqədə iştirak etmək üçün yaşı 16-dan yuxarı olan hər kəs [email protected] ünvanına məktubla müraciət edə bilər.

Müraciətə baxıldıqdan sonra iştirak etmək istəyən şəxslərə E-anket və videoçarxların yüklənməsi barədə ətraflı təlimatlar göndəriləcək. Videoçarxların qəbulu aprel ayının 18-dən etibarən başlanır.

Videoçarxın süjet xətti "Eurovision 2012" şüarı ilə öz həyat şüarını birləşdir" istiqamətində olmalıdır. Müsabiqənin şərtlərinə əsasən, videoçarx iki dəqiqədən artıq olmamalı, siyasi və yaxud mətnaltı məna daşımamalı, müsabiqənin süjet xəttindən uzaq olmamalı və mütləq müəllif hüquqları qorunmalıdır.

Müsabiqəyə video qəbulu mayın 4-dən etibarən dayandırılacaq və qalib jüri heyəti tərəfindən təyin olunacaq.

Qeyd edək ki, "Eurovision" Azərbaycandaki rəsmi Fan Klubu videomüsabiqəni "EuroSel" şirkətinin dəstəyi ilə həyata keçirir.

Xəbər lenti

Xəbər lenti