...

Nigar Camalla Dima Bilanın klip çəkilişləri başlayır

Mədəniyyət Materials 23 Aprel 2012 18:48 (UTC +04:00)
Azərbaycanın "Eurovision 2011" mahnı müsabiqəsinin qaliblərindən biri Nigar Camal aprelin 24-də Ukraynaya yola düşür.
Nigar Camalla Dima Bilanın klip çəkilişləri başlayır

Azərbaycan, Bakı, 23 aprel /Trend/

Azərbaycanın "Eurovision 2011" mahnı müsabiqəsinin qaliblərindən biri Nigar Camal aprelin 24-də Ukraynaya yola düşür.

Trend eurovision.az saytına istinadən xəbər verir ki, səfərin məqsədi 2008-ci ildə bu yarışmanın qalibi olan Dima Bilanla birgə klip çəkilişlərində iştirak etməkdir.

"Dima Bilanla ifa etdiyimiz "Obnimi menya" mahnısının müəllifi İsa Məlikovdur. Dima Bilanla uğurlu işbirliyimizin olacağına inanıram. Yəqin ki, klip ictimaiyyətə "Eurovision 2012" ərəfəsində təqdim olunacaq", - Nigar Camal bildirib.

57-ci "Eurovision" mahnı müsabiqəsində ifa olunacaq mahnılardan və təmsilçilərdən söz açan Nigar Camal bu il güclü mahnıların rəqabət aparacağını diqqətə çatdırıb. "Eurovision 2012"-nin nəticəsi ilə bağlı isə Nigar Camal proqnoz verməməyi üstün tutub.

Xəbər lenti

Xəbər lenti