Azərbaycan, Bakı, 11 may /Trend/
Rusiyanı "Eurovision 2012" mahnı müsabiqəsində təmsil edəcək "Buranovskiye babuşki"nin "Party for everybody" mahnısı dillər əzbəri olsa da, qrup üzvləri ulduz xəstəliyinə tutulmayıblar.
Trend eurovision.az saytına istinadən məlumat verir ki, təsərrüfat və bostan işlərini yekunlaşdıran nənələr artıq Bakıya üz tutublar. Onlar hətta İjevsk hava limanında Avstriyadan olan turistlərə avtoqraf da veriblər.
Rusiya təmsilçiləri bazar günü Bakıda olacaqlar. Nənələrin hər biri üçün yeni paltar tikilsə də, onlar səhnəyə sikkələrlə bəzədilmiş milli paltarlarında çıxmağa üstünlük veriblər.