...

İçərişəhərin dövlət qoruqlarında "Açıq qapı" günü elan edilib

Mədəniyyət Materials 18 May 2012 09:53 (UTC +04:00)
İçərişəhərin dövlət qoruqlarında "Açıq qapı" günü elan edilib
İçərişəhərin dövlət qoruqlarında "Açıq qapı" günü elan edilib

Azərbaycan, Bakı, 18 may /Trend, müxbir M.Əliyev/

18 may - Beynəlxalq Muzeylər Günü münasibətilə İçərişəhərdə yerləşən Qız Qalası, Sıratağlı dini-memarlıq kompleksi, Şirvanşahlar Sarayı Kompleksi, Çin məscidində sərgilənən numizmatik ekpozisiyada, eləcə də "Qala" Dövlət Tarix-Etnoqrafiya Qoruğunda "Açıq qapı" günü elan edilir.

Nazirlər Kabineti yanında "İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin mətbuat xidmətindən Trend-ə daxil olan məlumata görə, bununla yanaşı bu gün, Şirvanşahlar Sarayı Kompleksində "Sayrışan ulduzlar altında bərq vuran gövhər" adlı tədbir keçiriləcək.

Tədbirdə Bakı Humanitar Kollecinin müəllim və tələbə heyətinin hazırladıqları "Muzeylər gecəsi" adlı bədii kompozisiya təqdim ediləcək.

Xəbər lenti

Xəbər lenti