...

Balaca rəssamların Azərbaycan xalq nağılları əsasında çəkdikləri əsərlər nümayiş olunacaq

Mədəniyyət Materials 12 İyun 2012 13:07 (UTC +04:00)
İyunun 13-də "İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin dəstəyi, "İnkişaf və Dünya" İctimai Birliyinin və Azərbaycan Rəssamlar İttifaqının təşəbbüsü ilə "Azərbaycan xalq nağılları uşaqların səsi və rəsmləri ilə" adlı tədbir təşkil olunacaq.
Balaca rəssamların Azərbaycan xalq nağılları əsasında çəkdikləri əsərlər nümayiş olunacaq

Azərbaycan, Bakı, 12 iyun /Trend/

İyunun 13-də "İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin dəstəyi, "İnkişaf və Dünya" İctimai Birliyinin və Azərbaycan Rəssamlar İttifaqının təşəbbüsü ilə "Azərbaycan xalq nağılları uşaqların səsi və rəsmləri ilə" adlı tədbir təşkil olunacaq.

İdarədən çərşənbə axşamı Trend-ə verilən məlumata görə, tədbirin keçirilməsində əsas məqsəd uşaqların və yeniyetmələrin Azərbaycan xalq nağıllarına maraqlarını artırmaq və nağıllarımızı yaşatmaq, uşaqların nitq qabiliyyətlərini üzə çıxartmaqdır.

Tədbirdə bu ilin yanvar-aprel aylarında "İnkişaf və Dünya" İctimai Birliyinin təşəbbüsü ilə 7, 27, 83, 125, 145 və 160 saylı orta məktəblərin iştirakı ilə Azərbaycan xalq nağıllarına həsr olunmuş oxu yarışmasının nəticələri elan ediləcək və qaliblər mükafatlandırılacaq.

Bununla yanaşı, Tofiq İsmayılov adına Uşaq-Gənclər Yaradıcılıq Sarayının istedadlı balaca rəssamlarının Azərbaycan xalq nağılları motivləri əsasında çəkdikləri qrafik rəsmləri nümayiş etdiriləcək.

Tədbir saat 15:00-da İçərişəhər ərazisində yerləşən ölkə əhəmiyyətli tarixi abidə olan Kiçik Karvansarada keçiriləcək.

Xəbər lenti

Xəbər lenti