...

Buranovo nənələri uşaqlara nağıl danışacaq

Mədəniyyət Materials 4 İyul 2012 18:53 (UTC +04:00)
"Eurovision 2012" mahnı müsabiqəsinin ikincisi olan "Buranovskiye babuşki"nin populyarlığı artır. Trend eurovision.az saytına istinadən məlumat verir ki, nənələrə televiziyada iş təklif edilib.
Buranovo nənələri uşaqlara nağıl danışacaq

Azərbaycan, Bakı, 4 iyul /Trend/

"Eurovision 2012" mahnı müsabiqəsinin ikincisi olan "Buranovskiye babuşki"nin populyarlığı artır. Trend eurovision.az saytına istinadən məlumat verir ki, nənələrə televiziyada iş təklif edilib.

Qrupun ifaçılarından Natalya Yakovlevna Puqaçova "Rossiya 1" telekanalında "V qostax u skazki" ("В гостях у сказки") verilişində aparıcı ola bilər.

Bununla yanaşı, Rusiya mətbuatının məlumatına görə, müğənni Filip Kirkorov "Buranovskiye babuşki" qrupunu 2013-cü ildə keçiriləcək "Eurovision" mahnı müsabiqəsində yenə də ölkə təmsilçisi qismində görür.

Onun sözlərinə görə, nənələr İsveçdəki müsabiqədə iştirak edərək birinci yerə sahib ola bilərlər. "Hər halda Dima Bilanda bu alınmışdı", - Kirkorov bildirib.

Xəbər lenti

Xəbər lenti