...

Bir qrup kinematoqrafçı Azərbaycan Kinematoqrafçılar İttifaqını tərk etdi

Mədəniyyət Materials 23 İyul 2012 12:29 (UTC +04:00)
Bir qrup kinematoqrafçı Azərbaycan Kinematoqrafçılar İttifaqını (AKİ) tərk etdi.
Bir qrup kinematoqrafçı Azərbaycan Kinematoqrafçılar İttifaqını tərk etdi

Azərbaycan, Bakı, 23 iyul /Trend, müxbir M.Əliyev/

Bir qrup kinematoqrafçı Azərbaycan Kinematoqrafçılar İttifaqını (AKİ) tərk etdi.

Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqından Trend-ə verilən məlumata görə, öz ərizələri ilə ittifaqı tərk edənlər xalq artistləri Yalçın Əfəndiyev, Nuriyyə Əhmədova, Naxçıvan MR-in əməkdar incəsənət xadimi Mehriban Ələkbərzadə, əməkdar mədəniyyət işçiləri Pərviz Quliyev, Kamil Məmmədov, əməkdar artist Azad Şükürov, rejissorlar Rövşən İsmayılov, İlqar Safat, rəssam Mehriban Əfəndiyeva, aktyor Arif Kərimovdur.

İttifaqı tərk edənlər üzv olmaq üçün Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqına müraciət ediblər.

Məlumata görə, AKİ-dən çıxmaq barədə müraciət edənlər təzyiq və hədələrlə üzləşsələr də, ittifaqı tərk etmək üçün müraciət edənlərin sayı günü-gündən artır.

Xəbər lenti

Xəbər lenti