...

Tamara Sinyavskaya: Qəbələ festivalı çox nüfuzludur (FOTO)

Mədəniyyət Materials 23 İyul 2012 15:30 (UTC +04:00)
Bakıda SSRİ xalq artisti, Böyük Teatrın solisti, Rusiyanın Teatr İncəsənəti Universitetinin vokal kafedrasının müdiri, professor Tamara Sinyavskayanın mətbuat konfransı keçirilib.
Tamara Sinyavskaya: Qəbələ festivalı çox nüfuzludur (FOTO)

Azərbaycan, Bakı, 23 sentyabr /Trend, müxbir C.Babayeva/

Bakıda SSRİ xalq artisti, Böyük Teatrın solisti, Rusiyanın Teatr İncəsənəti Universitetinin vokal kafedrasının müdiri, professor Tamara Sinyavskayanın mətbuat konfransı keçirilib.

Trend-in məlumatına görə, tədbir Qəbələdə IV Beynəlxalq Musiqi Festivalı çərçivəsində məşhur müğənni və bəstəkar, SSRİ xalq artisti Müslüm Maqomayevin 70 illik yubileyinə həsr olunub.

"Qəbələ festivalı çox nüfuzludur və orada "Günəş altında öz yerlərinin" olduğunu sübut etmək istəyən adlı-sanlı musiqiçilər iştirak edir. Ümid edirəm ki, hər bir iştirakçı Müslüm Maqomayevin adına layiq çıxış edəcək", - Sinyavskaya jurnalistlərə bildirib.

İyulun 24-də axşam SSRİ xalq artisti Müslüm Maqomayevin xatirəsinə həsr olunmuş IV Beynəlxalq Musiqi Festivalı açılır.

Xəbər lenti

Xəbər lenti