...

Qafqaz amazonlarından bəhs edən sərgi keçiriləcək

Mədəniyyət Materials 30 İyul 2012 19:40 (UTC +04:00)
Almaniyada fəaliyyət göstərən N.Gəncəvi adına Azərbaycan Mədəniyyət İnstitutunun direktoru Nuridə Atəşi tərəfindən "Qafqaz amazonları" mövzusunda sərgi və beynəlxalq elmi konfrans təşkil ediləcək.
Qafqaz amazonlarından bəhs edən sərgi keçiriləcək

Azərbaycan, Bakı, 30 iyul /Trend/

Almaniyada fəaliyyət göstərən N.Gəncəvi adına Azərbaycan Mədəniyyət İnstitutunun direktoru Nuridə Atəşi tərəfindən "Qafqaz amazonları" mövzusunda sərgi və beynəlxalq elmi konfrans təşkil ediləcək.

Trend Mədəniyyət və Turizm Nazirliyinin rəsmi saytına istinadən məlumat verir ki, sərginin təşkili məqsədilə nazirlik tərəfindən Azərbaycan, Dağıstan, Gürcüstan və İranın müxtəlif regionlarına elmi ekspedisiyalar planlaşdırılır.

Sərgidə Azərbaycan, Rusiya (Dağıstan), İran, Almaniya, və Gürcüstanın müxtəlif mənbələrindən (dövlət və şəxsi kolleksiyalardan) əldə ediləcək tarixi və arxeoloji artefaktların təqdim edilməsi nəzərdə tutulur.

16-27 iyul tarixində sərgi materiallarının seçilməsi üçün Atəşi və nazirliyin əməkdaşı Azərbaycanın müxtəlif regionlarına - Qəbələ, Qax, Oğuz, Zaqatala, Şəki, Balakən, Mingəçevir, Gəncə, Göygöl, Şəmkir, Bərdə, Quba, Xaçmaz və Naxçıvan Muxtar Respublikasına səfər ediblər.

Sentyabr ayında Dağıstan, Gürcüstan və İrana növbəti səfər nəzərdə tutulub.

Xəbər lenti

Xəbər lenti