...

İrfan xəzinəsində Azərbaycan izləri araşdırılıb

Mədəniyyət Materials 1 Avqust 2012 14:27 (UTC +04:00)
"Avrasiya Beynəlxalq Araşdırmalar İnstitutu"nun və İslam Konfransı Gənclər Forumunun birgə təşkilatçılığı ilə çərşənbə günü "Şəms Təbrizidən Mövlanəyədək. İrfan xəzinəsində Azərbaycan izləri" mövzusunda elmi konfrans keçirilib.
İrfan xəzinəsində Azərbaycan izləri araşdırılıb

Azərbaycan, Bakı, 1 avqust /Trend müxbir M.Əliyev/

"Avrasiya Beynəlxalq Araşdırmalar İnstitutu"nun və İslam Konfransı Gənclər Forumunun birgə təşkilatçılığı ilə çərşənbə günü "Şəms Təbrizidən Mövlanəyədək. İrfan xəzinəsində Azərbaycan izləri" mövzusunda elmi konfrans keçirilib.

Trend-in məlumatına görə, tədbirdə çıxış edən Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Elşad İsgəndərov islamda irfanın yeri barədə danışıb. O tanınmış irfançılar haqqında məlumat verib.

İsgəndərov qeyd edib ki, həmin şəxslər təkcə elmin, ədəbiyyatın deyil, eyni zamanda islamın inkişafında qabaqcıl olan şəxslərdir.

"Avrasiya Beynəlxalq Araşdırmalar İnstitutu"nun sədri, deputat Qənirə Paşayeva irfan alimlərinin islamın inkişafındakı rolundan danışaraq bildirdi ki, azərbaycanlı və türk irfan alimləri islamən inkişafında özünəməxsusu yeri olub. Paşayeva Şəms Təbrizi, Cəlaləddin Rumi, Şirvani, Bakuvi kimi irfan alimlərinin rolunu xüsusi qeyd edib.

Tədbirdə çıxış edən ilahiyətçi alim, akademik Vasim Məmmədəliyev bildirib ki, qloballaşan dünyamızda islamın inkişafında Mövlanənin əsərlərinə xüsusi ehtiyac var.

O deyib ki, Fars körfəzi müharibəsi zamanı amerikan ordusunun yüksək rütbəli zabitlərinin islamı qəbul etməsində "Qurani -Kərim"lə yanaşı Ruminin "Məsnəvi"sinin müstəsna rolu olub.

Xəbər lenti

Xəbər lenti