...

Bakıda Müslüm Maqomayevə həsr olunmuş sərgi açılacaq

Mədəniyyət Materials 4 Sentyabr 2012 11:28 (UTC +04:00)
Sentyabrın 10-da Rusiya İnformasiya-Mədəniyyət Mərkəzində (RİMM) tanınmış Rusiya rəssamı İrina Zaqovorçevanın “Müslüm Moqomayev: “Qızıl günəşin şüası” adlı sərgisi açılacaq.
Bakıda Müslüm Maqomayevə həsr olunmuş sərgi açılacaq

Azərbaycan, Bakı, 4 sentyabr /Trend/

Sentyabrın 10-da Rusiya İnformasiya-Mədəniyyət Mərkəzində (RİMM) tanınmış Rusiya rəssamı İrina Zaqovorçevanın "Müslüm Moqomayev: "Qızıl günəşin şüası" adlı sərgisi açılacaq. Bu barədə Trend Bakı şəhər Mədəniyyət və Turizm İdarəsinin rəsmi saytına istinadən məlumat verir.

RİMM-in mətbuat mərkəzindən bildiriblər ki, "Rossotrudniçestvo"nun Bakı nümayəndəliyində İrina Zaqovorçevanın sərgiləri ənənəvi olaraq hər il keçirilir.

Sərgidə görkəmli müğənni Müslüm Maqomayev və onun doğma şəhəri Bakıya həsr olunmuş 40-a yaxın qrafika və foto işi nümayiş etdiriləcək.

İrina Zaqovorçevanın bu il keçirdiyi dörd fərdi sərginin ikisi Müslüm Maqomayevə həsr olunub.

Xəbər lenti

Xəbər lenti