...

Varşavada Azərbaycanın xalq rəssamının əsərlərindən ibarət sərgi keçirilir

Mədəniyyət Materials 17 Sentyabr 2012 15:23 (UTC +04:00)
Azərbaycanın Polşadakı səfirliyi, "Lider TV və Radio-Azərbaycan" MMC və Varşava Universiteti Muzeyinin təşəbbüsü və təşkilatçılığı ilə universitetinin sərgi salonunda Azərbaycanın xalq rəssamı Hüseyn Əliyevin əsərlərindən ibarət sərginin təntənəli açılış mərasimi olub.
Varşavada Azərbaycanın xalq rəssamının əsərlərindən ibarət sərgi keçirilir

Azərbaycan, Bakı, 17 sentyabr /Trend/

Azərbaycanın Polşadakı səfirliyi, "Lider TV və Radio-Azərbaycan" MMC və Varşava Universiteti Muzeyinin təşəbbüsü və təşkilatçılığı ilə universitetinin sərgi salonunda Azərbaycanın xalq rəssamı Hüseyn Əliyevin əsərlərindən ibarət sərginin təntənəli açılış mərasimi olub.

Səfirlikdən bazar ertəsi Trens-ə verilən məlumata görə, sərginin açılış mərasimində Varşava Universitetinin prorektoru Aloyzı Z.Novak, Azərbaycanın Polşadakı səfiri Həsən Həsənov və rəssam Əsmər Nərimanbəyova çıxış edib, Azərbaycan-Polşa mədəniyyət əlaqələri və Hüseyn Əliyevin yaradıcılığı haqqında tədbir iştirakçılarına məlumat veriblər. "Lider TV və Radio-Azərbaycan" MMC-nin prezidenti Ədalət Əliyev sərgiyə göstərilən diqqət və marağa görə tədbir təşkilatçıları və iştirakçılarına öz minnətdarlığını bildirib.

Tədbirdə Polşanın Xarici İşlər Nazirliyi, Mədəniyyət və Milli İrs Nazirliyi və parlament nümayəndələri, Varşavada akkreditə olunmuş səfirlər, Varşava Universiteti və Muzeyinin rəhbərliyi,Varşava və Jırardov Şəhər Muzeyinin təmsilçiləri, "Azərbaycan Mədəniyyət Mərkəzi" Cəmiyyətinin sədri və üzvləri, rejissorlar, rəssamlar, Varşava Universitetinin professor və tələbə heyəti və başqaları iştirak ediblər.

Azərbaycan-Polşa diplomatik münasibətlərinin qurulmasının 540 və bərpasının 20 illiyinə həsr edilmiş sərgidə xalq rəssamı Hüseyn Əliyevin 32 əsəri sərgilənib. Bununla yanaşı, sərginin açılış mərasimində Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin "Azərmarka" şirkəti tərəfindən hazırlanmış və rəssamın 100 illiyinə həsr olunmuş poçt markasının təqdimatı keçirilib.

Tədbir qonaqların marağına səbəb olub.

Qeyd edək ki, sərgi sentyabr ayının 30-dək davam edəcək.

Xəbər lenti

Xəbər lenti