...

Serbiyada Üzeyir Hacıbəylinin xatirəsi yad edilib

Mədəniyyət Materials 19 Sentyabr 2012 19:30 (UTC +04:00)
Azərbaycanın Serbiyadakı səfirliyinin əməkdaşları, Belqrad şəhərində fəaliyyət göstərən Azərbaycan Mədəniyyət Mərkəzinin nümayəndələri, bu ölkədə yaşayan və təhsil alan soydaşlarımız Üzeyir Hacıbəylinin anadan olmasının 127-ci ildönümü ilə əlaqədar Novi Sad şəhərində dahi bəstəkarın memorialını ziyarət ediblər.
Serbiyada Üzeyir Hacıbəylinin xatirəsi yad edilib

Azərbaycan, Bakı, 19 sentyabr /Trend/

Azərbaycanın Serbiyadakı səfirliyinin əməkdaşları, Belqrad şəhərində fəaliyyət göstərən Azərbaycan Mədəniyyət Mərkəzinin nümayəndələri, bu ölkədə yaşayan və təhsil alan soydaşlarımız Üzeyir Hacıbəylinin anadan olmasının 127-ci ildönümü ilə əlaqədar Novi Sad şəhərində dahi bəstəkarın memorialını ziyarət ediblər.

Mədəniyyət və Turizm Nazirliyindən Trend-ə verilən məlumata görə, abidə kompleksi Prezident İlham Əliyevin təşəbbüsü və dövlətimizin maliyyə dəstəyi ilə Dunay çayı üzərindəki "Sahilyanı park"da yaradılıb.

Novi Sad şəhər meriyasının və ictimaiyyətin nümayəndələrinin də iştirak etdikləri tədbirin iştirakçıları Üzeyir Hacıbəylinin büstü önünə gül-çiçək dəstələri qoyub, onun həyat və yaradıcılığından söhbət açıblar.

Xəbər lenti

Xəbər lenti