...

Çingiz Aytmatovun çap olunmamış romanı tapılıb

Mədəniyyət Materials 25 Sentyabr 2012 18:11 (UTC +04:00)
Sovet ədəbiyyatının klassiki, Qırğızıstan xalq yazıçısı Çingiz Aytmatovun dərc olunmamış romanının əlyazması tapılıb.
Çingiz Aytmatovun çap olunmamış romanı tapılıb

Azərbaycan, Bakı, 25 sentyabr /Trend, müxbir X.Murtuzayeva/

Sovet ədəbiyyatının klassiki, Qırğızıstan xalq yazıçısı Çingiz Aytmatovun dərc olunmamış romanının əlyazması tapılıb. Trend-in məlumatına görə, bu barədə yazıçının qızı, parlamentin deputatı Şirin Aytmatova yerli jurnalistlərə bildirib.

Aytmatova çap olunmamış romanın atasının kabinetindən tapıldığını bildirib. Əsər "Topraq və fleyta" adlanır və 1940-cı illərdə Qırğızıstandakı ən iri tikililərdən biri olan Böyük Çuy kanalının tikintisindən bəhs edir.

Aytmatova romanın hansı illərdə yazıldığını dəqiqləşdirməyib. O, əsərin çap edilərək elektron formata keçiriləcəyini, bu il rus dilində dərc olunacağını, daha sonra ingilis dilinə tərcümə ediləcəyini bildirib.

Xəbər lenti

Xəbər lenti