Azərbaycan, Bakı, 26 sentyabr /Trend, müxbir V.İmanov/
Azərbaycanın xalq artisti Afaq Bəşirqızının ürəyində cərrahiyyə əməliyyatı aparılıb.
Aktrisanın oğlu Səmral Təhməzov Trend-ə bildirib ki, cərrahiyyə əməliyyatı uğurla başa çatıb.
Təhməzov əlavə edib ki, cərrahiyyə əməliyyatı İtaliyadan gələn ürək-damar cərrahı və Mərkəzi Neftçilər Xəstəxanasının ürək-damar cərrahı Rəşad Mahmudov tərəfindən həyata keçirilib. Əməliyyata 08:00 radələrində başlanılıb və cərrahiyyə əməliyyatı 7 saata yaxın davam edib.
Qeyd edək ki, Afaq Bəşirqızının səhhəti bir neçə gün bundan əvvəl "Yeddi məhbusə anası" tamaşasından sonra pisləşib və aktrisa dərhal Mərkəzi Neftçilər Xəstəxanasına yerləşdirilib.
Azərbaycanın xalq artisti Afaq Bəşirqızının ürəyində cərrahiyyə əməliyyatı uğurla başa çatıb
Aktrisanın oğlu Səmral Təhməzov Trend-ə bildirib ki, cərrahiyyə əməliyyatı uğurla başa çatıb.
