...

Qoçaq Əsgərov Azərbaycanı beynəlxalq festivalda təmsil edəcək

Mədəniyyət Materials 29 Sentyabr 2012 15:10 (UTC +04:00)
İtaliyada beynəlxalq "Musica Dei Popoli" musiqi festivalı keçirilir. Azərbaycanı beynəlxalq festivalda xanəndə Qoçaq Əsgərov təmsil edəcək.
Qoçaq Əsgərov Azərbaycanı beynəlxalq festivalda təmsil edəcək

Azərbaycan, Bakı, 29 sentyabr /Trend, müxbir C.Babayeva/

İtaliyada beynəlxalq "Musica Dei Popoli" musiqi festivalı keçirilir. Azərbaycanı beynəlxalq festivalda xanəndə Qoçaq Əsgərov təmsil edəcək.

Əsgərovun mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, bu gün festival çərçivəsində Azərbaycan xanəndəsinin çıxışı olacaq. Əsgərov konsert proqramında "Bayatı Kürd", "Bayatı Şiraz" təsniflərini, xalq mahnılarını, habelə "Qaçaq Nəbi" filmindən kompozisiyasını ifa edəcək.

Xanəndəni musiqiçilər Mircavad Cəfərov (tar), Elnur Mikayılov (kamança), Şirzad Cəfərov (balaban) və Kamran Kərimov (nağara) müşayiət edəcəklər. Əsgərovun çıxışı YUNESKO-nun eksperti Sənubər Bağırovanın dəstəyi ilə baş tutacaq.

Xəbər lenti

Xəbər lenti