...

Qax rayonunda səyyar sərgi-seminar keçiriləcək

Mədəniyyət Materials 16 Oktyabr 2012 16:22 (UTC +04:00)
Mədəniyyət və Turizm Nazirliyindən Trend-ə verilən məlumata görə, respublikamızın muzeylərində saxlanılan Azərbaycan xalqına məxsus maddi-mədəni irs nümunələrinin dağıdılmasının qarşısının alınması, onların konservasiyası üçün lazımi tədbirlərin görülməsi və mövcud istiqamətdə maarifləndirmə işlərinin aparılması məqsədilə nazirliyin təşkilatçılığı ilə 2012-ci ilin 16-19 oktyabr tarixində Qax rayonunda Muzey Sərvətləri və Xatirə Əşyalarının Elmi-Bərpa Mərkəzinin "Xilas olunmuş gözəllik" adlı səyyar sərgi-seminarı təşkil olunacaq.
Qax rayonunda səyyar sərgi-seminar keçiriləcək

Azərbaycan, Bakı, 16 oktyabr /Trend/

Qax rayonunda səyyar sərgi-seminar keçiriləcək.

Mədəniyyət və Turizm Nazirliyindən Trend-ə verilən məlumata görə, respublikamızın muzeylərində saxlanılan Azərbaycan xalqına məxsus maddi-mədəni irs nümunələrinin dağıdılmasının qarşısının alınması, onların konservasiyası üçün lazımi tədbirlərin görülməsi və mövcud istiqamətdə maarifləndirmə işlərinin aparılması məqsədilə nazirliyin təşkilatçılığı ilə 2012-ci ilin 16-19 oktyabr tarixində Qax rayonunda Muzey Sərvətləri və Xatirə Əşyalarının Elmi-Bərpa Mərkəzinin "Xilas olunmuş gözəllik" adlı səyyar sərgi-seminarı təşkil olunacaq.

Tədbir rayon muzeylərində çalışan rəssam-bərpaçıların peşə səriştələrinin artırılması ilə yanaşı, muzeylərdə saxlanılan əşyaların dağıdılmasının qarşısının alınması, habelə onların saxlanılma şəraitinin yaxşılaşdırılmasına xidmət edəcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti