...

"Qızıl Kəlmə"yə sahib olmaq istəyənlər üçün

Mədəniyyət Materials 1 Noyabr 2012 15:05 (UTC +04:00)
Mədəniyyət və Turizm Nazirliyi 2012-2013-cü illər üzrə yüksək bədii və sənətkarlıq keyfiyyətlərinə malik ədəbi əsərləri dəyərləndirmək, təbliğ etmək, istedadlı ədiblərin səmərəli yaradıcılıq axtarışlarına zəmin yaratmaq məqsədilə "Qızıl Kəlmə" ədəbi müsabiqəsini elan edib.
"Qızıl Kəlmə"yə sahib olmaq istəyənlər üçün

Azərbaycan, Bakı, 1 noyabr /Trend, müxbir İ.İsabalayeva/

Azərbaycan Mədəniyyət və Turizm Nazirliyi 2012-2013-cü illər üzrə yüksək bədii və sənətkarlıq keyfiyyətlərinə malik ədəbi əsərləri dəyərləndirmək, təbliğ etmək, istedadlı ədiblərin səmərəli yaradıcılıq axtarışlarına zəmin yaratmaq məqsədilə "Qızıl Kəlmə" ədəbi müsabiqəsini elan edib.

Trend-in cümə axşamı nazirliyin rəsmi saytına istinadən verdiyi məlumata görə, "Qızıl kəlmə" ədəbi mükafatına son 2 ildə kitab və ya jurnalda çap edilmiş nəsr (roman, povest, hekayə və hekayələr silsiləsi, poeziya (poema, şeirlər və mahnı mətnləri), tənqid, ədəbiyyatşünaslıq və publisistika, orijinaldan bədii tərcümə əsərləri təqdim olunmalıdır. Mükafata təqdim edilən namizədlər üçün yaş məhdudiyyəti yoxdur.

Mükafat iki ildən bir may ayının ilk ongünlüyündə verilir. Bir təşkilat, şəxs mükafata hər nominasiya üzrə yalnız bir namizəd təqdim edə bilər. İşlər bu gündən başlayaraq gələn il martın 1-dək təqdim edilməlidir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti