...

Dünya estradasının ulduzu Toni Brekstonun Bakı konsertinin biletləri satışa çıxarılıb (VİDEO)

Mədəniyyət Materials 23 Noyabr 2012 18:45
Dünya estradasının ulduzu, 6 Qremmi mükafatının sahibi Toni Brekston dekabrın 17-18-də Heydər Əliyev Sarayında ilk solo konsert proqramı ilə çıxış edəcək
Dünya estradasının ulduzu Toni Brekstonun Bakı konsertinin biletləri satışa çıxarılıb (VİDEO)

Trend-i buradan izləyin

Azərbaycan, Bakı, 23 noyabr /Trend/

Dünya estradasının ulduzu, 6 "Qremmi" mükafatının sahibi Toni Brekston dekabrın 17-18-də Heydər Əliyev Sarayında ilk solo konsert proqramı ilə çıxış edəcək.

Trend xəbər verir ki, dünya şöhrətli müğənninin Bakı konsertinin biletləri artıq satışa çıxarılıb. Biletlərin qiyməti yerindən asılı olaraq 40, 60, 100, 150, 350, 450 və 600 manat kateqoriyalarında müəyyən edilib.

İkigünlük konsertin biletləri Heydər Əliyev Sarayının kassaları ilə yanaşı, Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının, Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının, Səməd Vurğun adına Azərbaycan Dövlət Rus Dram Teatrının, Müslüm Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasının, Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının kassalarında, eləcə də M.Ə.Rəsulzadə küçəsində ("Azərbaycan" kinoteatrının yanında), Üzeyir Hacıbəyli küçəsində (Hökumət evinin arxasında), Lev Tolstoy küçəsi ilə Bülbül prospektinin kəsişməsindəki kassalarda da satışda olacaq.

Noyabrın 23-dən etibarən konsertin rəsmi videoçarxı da ictimaiyyətə təqdim olunacaq.

"Un-Break My Heart", "I Heart You", "Spanish Guitar", "Make My Heart", "Pulse" kimi məşhur mahnıların ifaçısı Toni Brekston Heydər Əliyev Sarayındakı şousu zamanı 90 dəqiqəlik proqramla pərəstişkarlarının görüşünə gələcək.

Heydər Əliyev Fondunun təşəbbüsü ilə keçirilən bu konsert Fondun autizm sindromlu uşaqlara dəstək layihəsi çərçivəsində təşkil olunur.

Video Player

Məqalədə:
Xəbər lenti

Xəbər lenti