...

Eldar və Nigar Albaniyanın “Eurovision-2013” milli finalında çıxış edəcəklər

Mədəniyyət Materials 21 Dekabr 2012 13:50 (UTC +04:00)
Azərbaycanın “Eurovision” qalibləri Eldar Qasımov və Nigar Camal Albaniyaya səfər edəcəklər.
Eldar və Nigar Albaniyanın “Eurovision-2013” milli finalında çıxış edəcəklər

Azərbaycan, Bakı, 21 dekabr /Trend/

Azərbaycanın "Eurovision" qalibləri Eldar Qasımov və Nigar Camal Albaniyaya səfər edəcəklər.

Trend-in məlumatına görə, bu ölkəyə səfər Albaniyanın "Eurovision-2013" mahnı müsabiqəsindəki təmsilçisinin seçilməsi məqsədi ilə baş tutur. Onlar dekabrın 22-də keçiriləcək milli finalda qonaq qismində çıxış edəcəklər.

Albaniyanın "Eurovision-2013"-lə bağlı milli finalında Eldar və Nigar cütlüyü qalib mahnı "Running Scared"i, eyni zamanda yeni bir duetlə çıxış edəcəklər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti