...

Gənc Tamaşaçılar Teatrının 85 illik yubileyi qeyd ediləcək

Mədəniyyət Materials 9 Yanvar 2013 15:53 (UTC +04:00)
Azərbaycan peşəkar teatrının 140 illik yubileyinin təsadüf etdiyi 2013-cü ildə həm də Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının yaranmasının 85 illiyi tamam olur.
Gənc Tamaşaçılar Teatrının 85 illik yubileyi qeyd ediləcək

Azərbaycan, Bakı, 9 yanvar /Trend/

Azərbaycan peşəkar teatrının 140 illik yubileyinin təsadüf etdiyi 2013-cü ildə həm də Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının yaranmasının 85 illiyi tamam olur.

Trend Mədəniyyət və Turizm Nazirliyinin rəsmi saytına istinadən məlumat verir ki, teatrın bu əlamətdar yubileyi təntənəli mərasimlə qeyd ediləcək. Milli Teatr Günü (10 mart) və Beynəlxalq Teatr Günü (27 mart) ərəfəsində Gənc Tamaşaçılar Teatrının yeni yaradılmış "Çardaq" səhnəsində mono və eksperimental tamaşalar da nümayiş olunacaq.

Mövsüm ərzində mədəniyyət ocağı tərəfindən iki beynəlxalq layihənin reallaşdırılması və kollektivin bir neçə xarici ölkəyə qastrol səfəri də nəzərdə tutulub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti