...

“Yay” sərgi salonunda “SADƏLİYİN ŞƏFFAFLIĞI” adlı sərgi açılacaq

Mədəniyyət Materials 28 Fevral 2013 11:26 (UTC +04:00)
“YARAT” Müasir İncəsənət Məkanının təşkilatçılığı ilə martın 2-si saat 19:00-da Bakıda “Yay” sərgi salonunda tanınmış fotoqraf Sənan Ələskərovun “SADƏLİYİN ŞƏFFAFLIĞI”adlı sərgisinin rəsmi açılış mərasimi keçiriləcək.
“Yay” sərgi salonunda “SADƏLİYİN ŞƏFFAFLIĞI” adlı sərgi açılacaq

Azərbaycan, Bakı, 28 fevral /Trend/

"YARAT" Müasir İncəsənət Məkanının təşkilatçılığı ilə martın 2-si saat 19:00-da Bakıda "Yay" sərgi salonunda tanınmış fotoqraf Sənan Ələskərovun "SADƏLİYİN ŞƏFFAFLIĞI"adlı sərgisinin rəsmi açılış mərasimi keçiriləcək.

Trend-in məlumatına görə, "SADƏLİYİN ŞƏFFAFLIĞI" adlı sərgi tanınmış fotoqraf Sənan Ələskərovun eksperimental layihəsidir. Rəssamın yaratdığı yeni silsiləyə texniki ifa və hamı üçün birgə olan sadə əşyaların gözəlliyi mövzusu vasitəsilə birləşdirilən 25 rəngli fotoşəkil daxildir. Şəkillərə xas olan hissələrə parçalanma, rəssamın fikri ilə, ətraf mühitin qavranmasının əsas qayəsini təşkil edir.

Adi insanların fikir vermədiyi ünsürlər-təsadüfən rast gəlinən günəş şüası və ya yola düşən kölgə, köhnə, qurumuş ağacın incə budaqları, istifadə olunmayan uşaq meydançası və digər surətlər- çox zaman müəllifin diqqətini cəlb edir; bu ünsürlər fikirlər, asossiasiyalar, hisslər və xəyallar cərgələrini təşkil etməklə, rəssamın fotoşəkillərdə yaratdığı subyektiv gözəlliyinin konkret və mücərrəd surətlərin peyda olmasına yardım edir.

Müəllifin yaratdığı şəkillər silsiləsində adiliyin gözəlliyi və sadəliyi əlamətlərinə malik olan surətlərin yaradılmasının şiddətli arzusu sezilir. Təbiət isə, surətlərin əsas çərçivələrini müəyyənləşdirən dayaq nöqtəsi və material qismində çıxış edir.

Sərgi martın 24-nə dək davam edəcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti