...

“Soyqırımı abidəsinin dastanı” tamaşası İğdırda nümayiş etdirilib

Mədəniyyət Materials 28 Mart 2013 15:03 (UTC +04:00)
Cəfər Cabbarlı adına İrəvan Dövlət Azərbaycan Dram Teatrı Türkiyənin İğdır şəhərində “Soyqırımı abidəsinin dastanı” tamaşasını nümayiş etdirib. Bu barədə Trend Heydər Əliyev Fondunun rəsmi saytına istinadən məlumat verib.
“Soyqırımı abidəsinin dastanı” tamaşası İğdırda nümayiş etdirilib

Azərbaycan, Bakı, 28 mart /Trend/

Cəfər Cabbarlı adına İrəvan Dövlət Azərbaycan Dram Teatrı Türkiyənin İğdır şəhərində "Soyqırımı abidəsinin dastanı" tamaşasını nümayiş etdirib. Bu barədə Trend Heydər Əliyev Fondunun rəsmi saytına istinadən məlumat verib.

Məlumata görə, Heydər Əliyev Fondunun Rusiya Nümayəndəliyinin dəstəyi, Əsassız Erməni İddiaları ilə Mübarizə Dərnəyi və İğdır Universitetinin dəvəti ilə İğdıra gələn teatrın truppası qardaş ölkədə böyük rəğbətlə qarşılanıb.

Türkiyə Böyük Millət Məclisinin deputatı Sinan Oğan, İğdır Universitetinin rəhbərliyi və valiliyin əməkdaşları İğdır Mədəniyyət Mərkəzində göstərilən tamaşanı izləyənlər arasında olublar.

Zehni Papakçının qələmə aldığı və İftixar Piriyevin quruluş verdiyi ikipərdəli tamaşada ermənilərin 1915-1992-ci illərdə Azərbaycan xalqına qarşı törətdikləri qətliamlardan bəhs olunur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti