...

Azərbaycan Budapeştdə XX Beynəlxalq kitab festivalında iştirak edəcək

Mədəniyyət Materials 16 Aprel 2013 16:13 (UTC +04:00)
Aprelin 18-21-də Macarıstanın paytaxtı Budapeşt şəhərində XX Beynəlxalq kitab festivalı keçiriləcək.
Azərbaycan Budapeştdə XX Beynəlxalq kitab festivalında iştirak edəcək

Azərbaycan, Bakı, 16 aprel /Trend/

Aprelin 18-21-də Macarıstanın paytaxtı Budapeşt şəhərində XX Beynəlxalq kitab festivalı keçiriləcək.

Mədəniyyət və Turizm Nazirliyinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, beynəlxalq kitab sərgisində ölkəmizi nazirliyin nümayəndələri və "Azərnəşr" nəşriyyatının direktoru Azər Mustafazadə təmsil edəcəklər.

Sərgidə nazirlik tərəfindən icarəyə götürülmüş 12 kvadratmetrlik sahədə stend qurulub. Burada Azərbaycanın zəngin mədəniyyəti, ədəbiyyatı, inkişaf edən nəşriyyat-poliqrafiya imkanları, tarixi həqiqətləri, turizm potensialı haqqında 200-dən çox adda kitab və reklam çap məhsulları nümayiş olunacaq.

Eyni zamanda, sərgi çərçivəsində Azərbaycan Prezidenti İlham Əliyevin ümummilli lideri Heydər Əliyevin 90 illik yubileyi haqqında sərəncamının 1-ci bəndinə uyğun olaraq, "Heydər Əliyev: Müstəqilliyimiz əbədidir" çoxcildliyinin təqdimatı keçililəcək, "Müstəqillik illərində (1993-2013) Azərbaycanda kitab sənətinin inkişafı" adlı panel təşkil olunacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti