...

YARAT! Müasir İncəsənət Məkanı “Xor” layihəsini təqdim edib (FOTO)

Mədəniyyət Materials 10 May 2013 12:26 (UTC +04:00)
Bakıda "ÜNS" teatrının yaradıcı səhnəsində, müxtəlif incəsənət nümayəndələrini bir araya yığmaq məqsədi güdən, təcrübi xarakterli "İndi" layihəsi çərçivəsində növbəti art-gecə keçirilib.
YARAT! Müasir İncəsənət Məkanı “Xor” layihəsini təqdim edib (FOTO)

Azərbaycan, Bakı, 10 may /Trend Life, müxbir V.İmanov/

Bakıda "ÜNS" teatrının yaradıcı səhnəsində, müxtəlif incəsənət nümayəndələrini bir araya yığmaq məqsədi güdən, təcrübi xarakterli "İndi" layihəsi çərçivəsində növbəti art-gecə keçirilib. Bu barədə Trend Life məlumat verir.

Trend-in məlumatına görə, tədbirdə "YARAT!" təşkilatının təsisçisi Aida Mahmudova, görkəmli ictimai, mədəniyyət və incəsənət xadimləri iştirak ediblər.

YARAT! Müasir İncəsənət Məkanı tərəfindən təşkil olunan "İndi" layihəsi artıq beynəlxalq statusa malikdir. Bu dəfə sizə gənc misirli musiqiçi və rəssam Salam Yusrinin işini və onun "Xor" adlı layihəsini təqdim edib. Müəllif bir həftə ərzində bir-birini yalnız bu ilin mayın 2-də tanıyan insanlardan ibarət möhkəm bir kollektiv yaradıb.

Layihənin unikallığı ondadır ki, burada hər hansı musiqi alətində ifa etməyi bacaran yaxud da ümumiyyətlə musiqi və vokal bacarığına malik olmayan istənilən yaşda şəxslər və peşə nümayəndələri iştirak edə bilərdilər. Məşğul olduğunuz işdən asılı olmayaraq "Xor" iştirakçılara özlərini kəşf etməkdə, səhnə utancaqlığı və qorxusu kimi hisslərə qalib gəlməkdə, gizlin yaradıcı bacarığınızı üzə çıxartmaqda kömək edib. Həmçinin "Xor" kollektivin bir hissəsi olmağı, fikir və hisslərinizi musiqi və improvizə vasitəsi ilə ifadə etməyi öyrədib.

"Xor" haqqında ideya Qahirədə yaranmış, daha sonra böyük uğurla İsgəndəriyyədə, Ammanda, Beyrutda, Londonda, Münhendə, Berlində, Parisdə və İstanbulda həyata keçirilib. Bakıdakı layihə mayın 2-i və 10-u arasında keçirilən bir həftəlik master-klassın nəticəsi olub.

Layihə "Bank Technique"in sponsorluğu altında həyata keçirilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti