...

Heydər Əliyevin 90 illik yubileyi münasibətilə Romanın Brankaço sarayında konsert keçirilib (FOTO)

Mədəniyyət Materials 10 May 2013 20:42 (UTC +04:00)
Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin 90 illik yubileyi münasibətilə Azərbaycanın İtaliyadakı səfirliyi tərəfindən Roma şəhərinin Brankaço sarayında konsert keçirilib.
Heydər Əliyevin 90 illik yubileyi münasibətilə Romanın Brankaço sarayında konsert keçirilib (FOTO)

Azərbaycan, Bakı, 10 may /Trend/

Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin 90 illik yubileyi münasibətilə Azərbaycanın İtaliyadakı səfirliyi tərəfindən Roma şəhərinin Brankaço sarayında konsert keçirilib.

Səfirlikdən cümə günü Trend-ə verilən məlumata görə, Azərbaycanın İtaliyadakı səfiri Vaqif Sadıqov tədbirdə giriş nitqi ilə çıxış edərək, 1993-cü ildə Azərbaycan ərazilərinin Ermənistan tərəfindən işğalının davam etməsi, getdikcə gərginləşən siyasi vəziyyət və əhalinin günbəgün ağırlaşan sosial durumunun ölkəni bu bəlalardan xilas edə biləcək, xalqı öz arxasınca aparmağa qadir rəhbərə ehtiyac olduğunu şərtləndirdiyini qeyd edib. Həmçinin, ümummilli lider Heydər Əliyevin hakimiyyətə yenidən qayıdışından sonra ölkədə baş vermiş sosial-iqtisadi və siyasi inkişafın dövlətimizin möhkəmləndirilməsində, dünya ölkələri ilə sıx əlaqələr yaradılmasında və xalqımızın strateji mənafelərini təmin edən müasir cəmiyyətin qurulmasında həlledici rol oynadığını bildirib.

Daha sonra İtaliya-Azərbaycan Assosiasiyasının sədri xanım Paola Kasaqrande çıxışında Heydər Əliyevin Azərbaycanın dünya arenasında tanınmasında və Azərbaycan-İtaliya əlaqələrinin inkişafında mühüm rol oynadığını qeyd edib. Həmçinin, İtaliya və Azərbaycanın coğrafi uzaqlığına baxmayaraq, ölkələrimizin mədəniyyətlərinin oxşar olduğunu və gündən-günə bütün sahələrdə ikitərəfli münasibətlərin inkişaf etdiyini ifadə edib.

Konsertdə Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının rektoru professor Fərhad Bədəlbəyli, gənc skripkaçı Elvin Qəniyev, pianoçu Nərminə Qəniyeva, tenor Yusif Eyvazov, eləcə də İtaliyanın məşhur Santa Çeçilia Musiqi Akademiyasının simli musiqi alətləri ansamblı Azərbaycan, İtaliya və digər Avropa musiqisindən inciləri ifa ediblər.

Tədbirdə İtaliyanın dövlət orqanlarının, elm, təhsil və işgüzar dairələrin, kütləvi informasiya vasitələrinin və İtaliyadakı diplomatik korpusun nümayəndələri iştirak ediblər. Konsert böyük rəğbətlə qarşılanıb və anşlaqla keçib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti