...

TRT-nin “Axşam səfası” Azərbaycana gəlir

Mədəniyyət Materials 27 İyun 2013 12:23 (UTC +04:00)
“TRT Axşam Səfası” musiqi kollektivi ikinci dəfə Azərbaycana gəlir.
TRT-nin “Axşam səfası” Azərbaycana gəlir

Azərbaycan, Bakı, 27 iyun /Trend, müxbir İ.İzzət/

"TRT Axşam Səfası" musiqi kollektivi ikinci dəfə Azərbaycana gəlir.

TRT-nin Azərbaycandakı təmsilçiliyindən Trend-ə verilən məlumata görə, TRT Müzik kanalının ən çox sevilən proqramlarından olan "Axşam səfası" kollektivi Şəkidə keçiriləcək ənənəvi "İpək Yolu Beynəlxalq Musiqi Festivalı"nda çıxış edəcək.

TRT-nin "Mədəni İrsin Qorunmasına Dəstək" İctimai Birliyinin, Azərbaycan Bəstəkarlar İttifaqı və Şəki İcra Hakimiyyətinin dəstəyi ilə təşkil olunacaq festivalın finalı iyulun 4-də Şəki şəhərinin "Aşağı karvansaray" kompleksində keçiriləcək.

TRT-nin Bakı Təmsilcisi Yüksəl Dəğərcan bildirib ki, konsert proqramı "AzTv", "TRT Müzik" və "TRT Avaz" kanalları vasitəsi ilə canlı yayımlanacaq və konsertdə Azərbaycanın xalq artisti Mələkxanım Əyyubova, eləcə də sənətçilərdən Nurkan və Lalə iştirak edəcəklər.

Qeyd edək ki, "Axşam səfası" kollektivi mayın 1-də Heydər Əliyevin xatirəsinə həsr edilmiş ''Bir millət, iki dövlət'' adlı konsert proqramıyla Heydər Əliyev Sarayında konsert vermişdi.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti