...

"Eurovision-2014"-ün keçiriləcəyi şəhərin adı açıqlanıb

Mədəniyyət Materials 2 Sentyabr 2013 17:50 (UTC +04:00)
“Eurovision-2014” mahnı müsabiqəsi Danimarkanın paytaxtı Kopenhagendə baş tutacaq.
"Eurovision-2014"-ün keçiriləcəyi şəhərin adı açıqlanıb

Azərbaycan, Bakı, 2 sentyabr /Trend/

"Eurovision-2014" mahnı müsabiqəsi Danimarkanın paytaxtı Kopenhagendə baş tutacaq.

Trend müsabiqənin rəsmi saytına istinadən məlumat verir ki, yarışmanın keçiriləcəyi məkan bu gün səhər saatlarında Danimarka Televiziya və Radio Şirkətlər Birliyi tərəfindən açıqlanıb. Müsabiqənin keçirilməsi ilə bağlı bir neçə şəhər namizəd olsa da, sonda bu şəhərin üzərində dayanılıb.

Müsabiqənin icraçı rəhbəri Yan Ola Sand deyib ki, Kopenhagenin gələnilki müsabiqəyə ev sahibliyi etməsi sevindirici haldır, çünki şəhər Avropada turistlərin ən çox maraq göstərdiyi şəhərlər arasındadır: "Seçim Avropa Yayımları Birliyinin də ürəyincə olub. May ayında baş tutacaq yarımfinal və final şouları "B&W Hallerne" adlanan məkanda gerçəkləşəcək".

Yarımfinallar mayın 6 və 8-si, final isə 10-u keçiriləcək. Müsabiqənin şüarı "Bizə qoşulun!" olacaq.

Qeyd edək ki, Kopenhagen artıq iki dəfə - 1964 və 2001-ci illərdə bu yarışmaya ev sahibliyi edib. Həmçinin 2005-ci ildə yarışmanın 50 illiyinə həsr olunmuş konsert proqramı da bu şəhərdə baş tutub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti