...

Roma Opera Teatrı ilə Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrı arasında memorandum imzalanıb

Mədəniyyət Materials 26 Sentyabr 2013 16:22 (UTC +04:00)
Roma Opera Teatrı ilə Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrı arasında ikitərəfli əməkdaşlıq haqqında memorandum imzalanıb.
Roma Opera Teatrı ilə Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrı arasında memorandum imzalanıb

Azərbaycan, Bakı, 26 sentyabr /Trend, müxbir İ.İsabalayeva/

Roma Opera Teatrı ilə Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrı arasında ikitərəfli əməkdaşlıq haqqında memorandum imzalanıb.

Mədəniyyət və Turizm Nazirliyindən Trend-ə verilən məlumata görə, bu gün mədəniyyət və turizm naziri Əbülfəs Qarayev Azərbaycanda səfərdə olan Roma Opera Teatrının direktoru Katello de Martinonun başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb. Nazir mədəniyyət və turizm sahələri üzrə ikitərəfli təmasların artırılmasının və əlaqələrin böyük potensialından geniş istifadə olunmasının zəruriliyini vurğulayıb.

Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının yenidən əsaslı şəkildə qurulacağını deyən nazir bildirib ki, bu işlər italiyalı mütəxəssislər tərəfindən həyata keçiriləcək.

Bu ilin noyabrında Azərbaycan turizm potensialının nümayiş olunacağını söyləyən nazir son illər ölkəmizdə mədəniyyət sahəsində həyata keçirilən uğurlu layihələrdən də söz açıb.

Direktor Katello de Martino deyib ki, Roma Opera Teatrının nəzdində fəaliyyət göstərən uşaq orkestri dünyanın bir çox şəhərlərində iştirak edib. O, onların Bakıda da çıxışlarının təşkil olunmasını istədiyini söyləyib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti