...

"Mahmud və Məryəm" filminin təqdimatı olub (FOTO)

Mədəniyyət Materials 26 Sentyabr 2013 22:49 (UTC +04:00)
Bu gün “Nizami” Kino Mərkəzində Azərbaycanın xalq yazıçısı Elçinin “Mahmud və Məryəm” əsəri əsasında çəkilmiş eyniadlı filmin təqdimatı olub.
"Mahmud və Məryəm" filminin təqdimatı olub (FOTO)

Azərbaycan, Bakı, 26 sentyabr /Trend/

Bu gün "Nizami" Kino Mərkəzində Azərbaycanın xalq yazıçısı Elçinin "Mahmud və Məryəm" əsəri əsasında çəkilmiş eyniadlı filmin təqdimatı olub.

Trend-in məlumatına görə, tədbirdə dövlət və hökumət nümayəndələri, Milli Məclisin deputatları və KİV təmsilçiləri iştirak ediblər.

İki gəncin uğursuz sevgisindən bəhs edən filmin quruluşçu rejissoru Mehmet Ada Öztekin, prodüseri Sevda Kayğısızdır. Azərbaycan və Türkiyə kinematoqrafçılarının birgə layihəsi olan filmdə "Mahmud" obrazını Aras Bulut İynemli, "Məryəm" rolunu isə qazaxıstanlı Eva Dedova canlandırır.

Çəkilişlərinə Şəki şəhərində başlanılan ekran əsərində Fəxrəddin Manafov, Məlahət Abbasova, Şamil Süleymanov, Mehmet Çevik, Tomris İncer, Kristina Krapela və digər tanınmış aktyor və aktrisalar rol alıblar.

Azərbaycan dili ilə yanaşı, müxtəlif dillərə dublyaj olunması nəzərdə tutulan 120 dəqiqəlik "Mahmud və Məryəm" filmi Azərbaycan, Türkiyə, Rusiya və 9 Avropa ölkəsinin kinoteatrlarında, daha sonra isə televiziyada nümayiş olunacaq.

Xəbər lenti

Xəbər lenti