...

Qazaxıtanın Atırau şəhərində "Arşın mal alan" operettası nümayiş etdirilib (FOTO)

Mədəniyyət Materials 27 Sentyabr 2013 17:54 (UTC +04:00)
Sentyabrın 26-da Qazaxıtanın Atırau vilayətinın Dövlət Dram Teatrında dahi Azərbaycan bəstəkarı Ü.Hacıbəylinin “Arşın mal alan” operettası nümayiş etdirilib.
Qazaxıtanın Atırau şəhərində "Arşın mal alan" operettası nümayiş etdirilib (FOTO)

Azərbaycan, Bakı, 27 sentyabr /Trend/

Sentyabrın 26-da Qazaxıtanın Atırau vilayətinın Dövlət Dram Teatrında dahi Azərbaycan bəstəkarı Ü.Hacıbəylinin "Arşın mal alan" operettası nümayiş etdirilib.

Azərbaycanın Qazaxıstanın Aktau şəhərindəki Baş konsulluğundan Trend-ə verilən məlumata görə, dahi bəstəkarın doğum günü və "Arşın mal alan" musiqili komediyasının yaranmasının 100 illiyi ilə əlaqədar Qazaxıstanın xalq artisti, rejissor Tunquşbay Jamankulov Al-Tarazi tərəfindən M.Auezov adına Qazax Dövlət Dram Teatırı tərəfindən səhnələşdirilmiş əsərin Aturau vilayətində nümayişinin əsas təşkilatçıları Atırau vilayətində fəaliyyət göstərən Azərbaycanlıların "Novruz" milli-mədəni mərkəzinin sədri Eldar Əhmədov, azərbaycanlı iş adamı Bəhruz Qurbanov və başqaları olub.

Sentyabrın 27-də Azərbaycan diasporu tərəfindən Ü.Hacıbəylinin doğum günü və "Arşın mal alan" musiqili komediyasının yaranmasının 100 illiyi ilə əlaqədar rəsmi ziyafət verilib. Ziyafətdə M.Auezov adına Qazax Dövlət Dram Teatırının truppası ilə yanaşı, Atırau vilayət və şəhər akimliklərinin rəsmi nümayəndələri, Atırau şəhər ictimaiyyəti və mədəniyyət xadimləri, xarici ölkələrin Atırau vilayətində fəaliyyət göstərən şirkətlərinin rəhbərləri, yerli və mərkəzi kütləvi informasiya vasitələrinin nümayəndələri, Azərbaycan diasporunun fəalları iştirak ediblər.

Ziyafətdə Azərbaycan mədəniyyəti, incəsənəti, musiqisi, dahi Üzeyir Hacıbəylinin yaradıcılığı və müasir dövrdə Azərbaycan dövləti tərəfindən Azərbaycan mədəniyyətinə göstərilən dəstək və qayğıdan danışılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti