...

Azərbaycanda kukla teatrı aktyoru sənəti üzrə mütəxəssislər hazırlanacaq

Mədəniyyət Materials 1 Oktyabr 2013 14:24 (UTC +04:00)
2014-cü ildən etibarən kukla teatrı aktyoru sənəti üzrə mütəxəssis hazırlığına başlanması nəzərdə tutulur.
Azərbaycanda kukla teatrı aktyoru sənəti üzrə mütəxəssislər hazırlanacaq

Azərbaycan, Bakı, 1 oktyabr /Trend, müxbir İ.İsabalayeva/

2014-cü ildən etibarən kukla teatrı aktyoru sənəti üzrə mütəxəssis hazırlığına başlanması nəzərdə tutulur.

Trend Təhsil Nazirliyinin saytına istinadən xəbər verir ki, hazırda Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində aktyor sənəti ixtisası üzrə mütəxəssis hazırlığı aparılır. Həmin ixtisasın ixtisaslaşması kimi kukla teatrı aktyoru sahəsində mütəxəssis hazırlığı da aparıla bilər:

"Bunun üçün təbii ki, universitetdə müvafiq maddi-texniki baza yaradılmalı və digər təşkilati tədbirlər həyata keçirilməlidir. Göstərilən sahəyə olan tələbat nəzərə alınaraq, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində müvafiq işlər artıq həyata keçirilir. 2014-cü ildən etibarən kukla teatrı aktyoru sənəti üzrə mütəxəssis hazırlığına başlanması nəzərdə tutulur".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti