Azərbaycan, Bakı, 18 oktyabr /Trend/
Oktyabrın 20-də Kanadanın Britaniya Kolumbiyasının əyalətində, Vankuver şəhərində Azərbaycan film festivalı keçiriləcək.
Azərbaycanın Kanadadakı səfirliyindən Trend-ə verilən məlumata görə, Kanadada ilk dəfə təşkil ediləcək festivalın keçirilməsində məqsəd ölkə ictimaiyyətini Azərbaycan filmləri ilə tanış etməkdir. Festival çərçivəsində həm SSRİ, həm də müstəqillik əldə etdiyimiz dövrdən sonra çəkilmiş bir sıra filmlər nümayiş etdiriləcək.
Qeyd edək ki, sözügedən festival Britaniya Kolumbiyası əyalətində fəaliyyət göstərən Azərbaycan Mədəniyyəti Mərkəzi tərəfindən təşkil olunur.