...

Mingəçevir Dövlət Dram Teatrının aktyoru vəfat edib

Mədəniyyət Materials 10 Yanvar 2014 08:51 (UTC +04:00)
Mərziyyə Davudova adına Mingəçevir Dövlət Dram Teatrına ağır itki üz verib.
Mingəçevir Dövlət Dram Teatrının aktyoru vəfat edib

Azərbaycan, Bakı, 10 yanvar /Trend/

Mərziyyə Davudova adına Mingəçevir Dövlət Dram Teatrına ağır itki üz verib.

Trend EL TV-yə istinadən məlumat verir ki, teatrın aktyoru, tanınmış sənətçi Zülfü Məmmədov uzun sürən xədstəlikdən sonra vəfat edib. O, doğulduğu Goranboy rayonunun Zeyvə kəndində bu gün torpağa tapşırılıb.

Sənətkarı ailə üzvləri, yaxın qohumları və sənət dostları son mənzilə yola salıb. Sənət dostları onunla bağlı xatirələrini bölüşüblər. Bildirilib ki, Z.Məmmədovun vəfatı ilə Mingəçevir Dövlət Dram Teatrı özünün əvəzolunmaz simasını itirib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti