Azərbaycan, Bakı, 26 yanvar /Trend/
26 yanvar-7 fevral 2014-cü il tarixində Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə 2 fevral - Gənclər Gününə həsr edilmiş "Gəncliyin səsi" incəsənət festivalı keçiriləcək.
Trend nazirliyin rəsmi saytına istinadən məlumat verir ki, festival çərçivəsində muğam və klassik konsertlərin, sərgilərin, gənc ədiblərlə görüşlərin keçirilməsi nəzərdə tutulur.
Festival tədbirləri Heydər Əliyev Sarayı, Müslüm Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyası, Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrı, Beynəlxalq Muğam Mərkəzi, Mirzə Fətəli Axundzadə adına Azərbaycan Milli Kitabxanası, Kamera və Orqan Musiqisi Zalı, "LN" incəsənət mərkəzi və "ART Council" da keçiriləcək.