...

Sabah "Neo-miniyətür" əməkdar rəssam Elçin Aslanovun 80 illik yubiley sərgisi keçiriləcək

Mədəniyyət Materials 17 Fevral 2014 17:31 (UTC +04:00)
18-22 fevral 2014-cü il tarixində Azərbaycan Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə Muzey Mərkəzində (Neftçilər prospekti 123 а, Muzey Mərkəzi, 4-cü mərtəbə) "Neo-miniyətür" əməkdar rəssam Elçin Aslanovun 80 illik yubiley sərgisi keçiriləcək. Bu barədə Trend-ə nazirliyin mətbuat xidmətindən məlumat verilib.
Sabah "Neo-miniyətür" əməkdar rəssam Elçin Aslanovun 80 illik yubiley sərgisi keçiriləcək

Azərbaycan, Bakı, 17 fevral /Trend/

18-22 fevral 2014-cü il tarixində Azərbaycan Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə Muzey Mərkəzində (Neftçilər prospekti 123 а, Muzey Mərkəzi, 4-cü mərtəbə) "Neo-miniyətür" əməkdar rəssam Elçin Aslanovun 80 illik yubiley sərgisi keçiriləcək. Bu barədə Trend-ə nazirliyin mətbuat xidmətindən məlumat verilib.

E.Aslanov 1934-cü ildə Bakıda anadan olub. 1960-cı ildə Leninqrad (indiki Sankt-Peterburq) Rəssamlıq Akademiyasını bitirib. 1962-ci ildə SSRİ Rəssamlar İttifaqının üzvlüyünə qəbul olunub. 1964-cü ildən Akademik Dram Teatrında bir çox tamaşaların quruluşçu rəssamı, 1968-69-cu illərdə kinostudiyada "Cırtdan" cizgi filminin quruluşçu rəssamı, 1973-cü ildə isə "Nəsimi" bədii filminin ərsəyə gətirilməsində geyimlər üzrə quruluşçu rəssam kimi çalışıb. Təsviri sənətin kitab qrafikası, səhnə tərtibatı, rəngkarlıq və miniatür rəssamlığı sahələrində çalışıb. O, həm də kiçik yaşlı uşaqlar üçün nəşr olunmuş 60-dan çox kitabın tərtibatı və illüstrasiyaların müəllifidir.

E.Aslanov 1982-87-ci illərdə Azərbaycan Rəssamlar İttifaqının "Miniatür və kitab qrafikası" bölməsinə rəhbərlik edib. Uzun müddət miniatür sənətinin təbliği ilə məşğul olub. 2002-ci ildə əməkdar rəssam fəxri adına layiq görülüb. Hazırda kompüter qrafikası sahəsində çalışır.

Tədbirin açılışı 18 fevral saat 17:45-də Muzey Mərkəzinin Sərgi Qalereyasında olacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti